"Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Bakı İngiltərənin "Çelsi" komandasına qarşı keçirəcəyi oyundan əvvəl azarkeşlərə müraciət edib.
Apasport.az xəbər verir ki, bu barədə "köhlən atlar"ın mətbuat xidməti məlumat yayıb.
Azərbaycan çempionu matçı izləmək üçün fanatları stadiona erkən gəlməyə çağırıb.
Bildirilib ki, bu, stadiona rahat daxil olmağa, sıxlıqdan yayınmağa və komandanın isinmə hərəkətlərini tam dolu tribunalar qarşısında həyata keçirərək əlavə motivasiya qazanmasına imkan verəcək.
Matç başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq. Qapılar qarşılaşmaya 2 saat 30 dəqiqə (150 dəqiqə) qalmış açılacaq.
Qeyd edək ki, qarşılaşma bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB