“Qarabağ” Çempionlar Liqasında mümkün rəqibi müəyyənləşdi
24.07.2023 - 14:08
“Qarabağ” Çempionlar Liqasında mümkün rəqibi müəyyənləşdi

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, tədbirdə "Qarabağ"ın mümkün rəqibləri də bəlli olub.

II təsnifat mərhələsində Polşa “Rakuv”u ilə qarşılaşacaq Azərbaycan çempionu turu adlasa, "Aris" (Kipr) - BATE (Belarus) cütünün qalibi  ilə görüşəcək. Ağdam klubu polşalıları keçsə, növbəti oyunu evdə keçirəcək. 

III təsnifat mərhələsinin ilk oyunları avqustun 8-9-da olacaq. Cavab matçları isə ayın 15-də baş tutacaq.

Qeyd edək ki, “Qarabağ”la “Rakuv” arasında ilk matç iyulun 26-da Polşada baş tutacaq.
 

0