“Qarabağ” darmadağınla növbəti mərhələdə - YENİLƏNİB
19.07.2023 - 21:55
“Qarabağ” darmadağınla növbəti mərhələdə - YENİLƏNİB

“Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu mövsümdə ilk ev sınağında Cəbəllütariqin “Linkoln” klubu ilə qarşılaşıb.

Ağdam təmsilçisinin Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçını qələbə ilə başa vurub. "Qarabağ" rəqib qapısından 4 cavabsız top keçirib. Birinci hissədə üç dəfə fərqlənən Qurban Qurbanovun yetirmələri oyunun taleyini həll ediblər. Səfərdə 2:1 hesabı ilə qalib gələn çempion iki matçın nəticəsinə görə, II təsnifat mərhələsinə yüksəlib.

Qeyd edək ki, “Qarabağ” – “Linkoln” cütünün qalibi növbəti mərhələdə “Rakuv”la (Polşa) üz-üzə gələcək.

Çempionlar Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
19 iyul
20:00. “Qarabağ” (Azərbaycan) – “Linkoln” (Cəbəllütariq) - 4:0
Qollar:
Zubir, 7. B. Mustafazadə, 45+2. Cica, 50. Yankoviç, 62
Baş hakim: Eldorjan Hamiti (Albaniya)
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev (k), 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 19. Redon Cica, 7. Yassin Benzia. 
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 81. Kevin Medina, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 83. Nihad Quliyev, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
“Linkoln”: 23. Deyl Kolinq, 5. İbrahim Ayu, 6. Bernardu Lopeş (k), 9. Kike Qomes, 10. Liam Uoker, 88. Mandi, 20. Mustafa Yahaya, 21. Nano, 66. İtan Britto, 24. Con Sarcent, 7. Li Kasyaro
Ehtiyat oyunçular: 13. İvan Villanueva, 1. Nauset Santana, 29. Roy Çipolina, 31. Skyortino, 11. Xuampe, 33. Cumaney Börnet, 4. Samson Acayi, 77. Klinton, 99. Santi Luke, 19. Xuan Penya
Baş məşqçi: Xavyer Munyos
Bakı Olimpiya Stadionu
İlk oyun – 2:1
 

0