
Azərbaycan çempionu “Qarabağ” Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.
Apasport.az-ın məlumatına görə, Ağdam təmsilçisi “Ferentsvaroş”la heç-heçə oynayıb.
Məhsuldar keçən oyunda qapılara 6 qol vurub. Çempionun qollarını Nəriman Axundzadə (dubl) və Leandro Andreade vurublar. Komandamız üç dəfə hesabda önə keçsə də, rəqib hesabı bərabərləşdirə bilib.
Qeyd edək ki, "Qarabağ" növbəti yoxlama matıçını iyulun 1-də Polşanın “Legiya” klubu ilə keçirəcək.
27 iyun
“Qarabağ” - “Ferentsvaroş” – 3:3
Qollar: Nəriman Axundzadə 6; 39. Leandro Andreade, 58 – Varqa, 16. Kehinde, 42. Botka, 86.
- APOEL qiymət yüksəltdi - "Qarabağ" transferdən imtina etdi
- "Traktor"un oyunları bu kanalda yayımlanacaq
- "Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
- Elçin Məsiyev: "UEFA Hakimlər Komitəsini təəccübləndirdik"
- Jurnalistlərdən ibarət komanda "Star Cup Azerbaijan - Ulduzlar Liqası"nın qalibi olub - FOTO