“Qarabağ” ilk transferini gerçəkləşdirdi - RƏSMİ
17.06.2025 - 22:10

Misli Premyer Liqası təmsilçilərindən "Qarabağ" heyətini yeni transferlə gücləndirib.
Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi Dani Boltu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı braziliyalı sağ cinah müdafiəçisi ilə 3+1 illik müqavilə imzalanıb. O, “Qarabağ”da 18 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Dani Bolt Portuqaliyanın 2-ci liqa klubu "Torreense"dən transfer olunub. O, başa çatan mövsümdə komandasının heyətində çıxış etdiyi 36 rəsmi matçda 2 qol və 3 assistlə yadda qalıb.
0
0