"Qarabağ" Leandro Andrade ilə müqaviləni yenilədi
02.02.2024 - 22:42

"Qarabağ" Leandro Andrade ilə müqaviləni yeniləyib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Ağdamlılarla kabo-verdeli yarımmüdafiəçi arasında anlaşma 2027-ci il iyunun 30-dək uzadılıb.
Qeyd edək ki, 24 yaşlı futbolçu 2022-ci ilin yanvarından "Qarabağ"ın formasını geyinir. Andrade komandanın heyətində 86 oyun keçirib və 22 qol vurub. O, Premyer Liqada 55 (16 qol), kubokda 8 (1 qol), avrokuboklarda 23 (5 qol) matçda iştirak edib.
- Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə
- "Sabah"ın rəqibindən növbəti transfer
- Rövlan Muradov "Zirə"də - RƏSMİ
- "Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ
- Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL
0
0