“Qarabağ” legionerinə tapşırıq verdi: ÖZÜNƏ KLUB TAP!
08.06.2026 - 11:59
“Qarabağ” legionerinə tapşırıq verdi: ÖZÜNƏ KLUB TAP!

"Qarabağ"da daha bir ayrılıq yaşanacaq.

"Apasport"un əldə etdiyi məlumata görə, klub Fabian Buntiçlə yollarını ayıracaq.

Artıq bu barədə qapıçıya məlumat verilib.

Qolkiperə özünə klub tapması tapşırılıb. Məşqçilər heyəti futbolçunun çıxışından məmnun deyil. 

Onun meydanda olduğu dəqiqələrdə göstərdiyi inamsız çıxış rəhbərlik tərəfindən qaneedici sayılmayıb. Bu səbəbdən də Buntiçlə əməkdaşlığa son verilməsi qərara alınıb.

“Riyeka”dan transfer edilməsi gözlənilən Martin Zlomisliçin məhz Fabianın yerinə alındığı bildirilir.

Qeyd edək ki, Buntiç komandaya 2024-cü ilin yayında qoşulub.