“Qarabağ” mövqeyini qorudu, “Neftçi” gerilədi
04.02.2023 - 16:48
“Qarabağ” mövqeyini qorudu, “Neftçi” gerilədi

Avropanın top komandalarının reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, fevral cədvəlində qitənin 438 ən güclü klubu yer alıb.

Azərbaycanın üç komandası siyahıya daxil edilib. Ən yaxşı təmsilçimiz “Qarabağ”dır. 

Qurban Qurbanovun yetirmələri 213 xala malikdir. 83-cü olan Ağdam klubu mövqeyini qoruyub.

Digər iki klubumuz isə geriləyib. 33 xalla 231-ci olan “Neftçi” iki addım aşağı yuvarlanıb. Eyni aqibətlə üzləşən “Qəbələ” 5 xalla 388-cidir.

Qeyd edək ki, siyahıya 2408 xala malik “Real” başçılıq edir.
 

0