Avrokubokların növbəti oyun həftəsi başa çatıb.
Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında 1/8 finalın ilk oyunları, Avropa Liqası və Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulub.
Bu matçlardan sonra UEFA-nın klub reytinqi açıqlanıb. Azərbaycan çempionu “Qarabağ” Belçikada “Gent”ə uduzaraq (0:1, pen. 3:5) mübarizəni dayandırıb. Bu üzdən Qurban Qurbanovun komandası xal hesabını artıra bilməyib. Aktivində 25,000 xal olan Ağdam klubunun mövqeyi də dəyişməz qalıb. “Qarabağ” Avropada 66-cı yerə şərikdir. Ağdamlılar bu mövqeni PAOK və “Krasnodar”la bölüşür.
Qeyd edək ki, cədvələ hərəyə 132,000 xal yığan “Bavariya” və “Mançester Siti” başçılıq edir.
- Bakıda “Formula 1” rekordu: XARİCİ QONAQLARIN SAYI 16 MİNİ KEÇDİ
- Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd olunub - FOTO
- Mahir Emreli azarkeşlərə səsləndi: “Gəlib bizi dəstəkləsinlər”
- “Qəbələ” iki yoxlama matçı keçirəcək - RƏSMİ
- Vüsal İsgəndərli: "Biz də istəyirik ki, qol vuraq, amma..."