“Qarabağ” – “Nant”: Kim şanslıdır?
15.09.2022 - 15:23
Avropa Liqasının qrup mərhələsinin II turunun oyunları çərçivəsində keçiriləcək “Qarabağ” (Azərbaycan) – “Nant” (Fransa) görüşünün əmsalları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bukmeker kontorları öz meydanında mübarizə aparacaq Azərbaycan çempionunu matçın favoriti sayırlar.
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada Qurban Qurbanovun komandasının qələbəsi 2,49, qonaqların uğuru 3,01 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,54 əmsal verilib.
Qeyd edək ki, qarşılaşma saat 20:45-də başlayacaq.
0
0