"Qarabağ" penaltilər seriyasında uduzdu - YENİLƏNİB
24.02.2023 - 02:49
"Qarabağ" penaltilər seriyasında uduzdu - YENİLƏNİB

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxıb.

Apasport.az saytının məlumatına görə, ardıcıl 2-ci mövsüm Konfrans Liqasının pley-offuna yüksələn Qurban Qurbanovun yetirmələri Belçikada “Gent”lə görüşüb.

Bakıda rəqibinə 1:0 hesabı ilə qalib gələn Ağdam klubu Gentin eyniadlı stadionuna tarix yazmaq üçün çıxsa da, əsas vaxtda 0:1 uduzub. Əsas vaxtda da qol vurulmayınca, cütün qalibi penaltilərdə müəyyənləşib. "Qarabağ"ın yeni transferi Yassin Benzyanın uğursuz zərbəsi "Qarabağ"ın avrokubok mövsümünü başa vurmasına səbəb olub.

Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunu
23 fevral
00:00. “Gent” (Belçika) – “Qarabağ” (Azərbaycan) 1:0 (penaltilər – 5:3)
Qol:
Orban, 74

"Gent": 33. Deyvi Ruf, 5. Maykl Nqadye-Nqacui, 7. Hon Hyun-seok, 11. Huqo Kuypers, 13. Jülyen De Sart, 14.  Alesio Kastro-Mont, 23. Cordan Torunariqa, 24. Sven Kums, 25. Nuriu Fortuna, 29. Loran Depuatr, 31. Bruno Qodo

Ehtiyat oyunçular: 1. Pol Nardi, 2. Cozef Okumu, 10. Yens Peter Hoqe, 12. Noa de Rider, 15. Bram Laqa, 19. Malik Fofana, 20. Cift Orban, 22. Suleyman Mare, 27. Rune van den Berq, 28. Robbi van Hater, 35. Sederik van Dale, 39. Matias Fernandes
Baş məşqçi: Hein Vanhazebruk

"Qarabağ": 23. Luka Quqeşaşvili. 6. Juliu Romau, 9. Musa Qurbanlı, 10. Abdellah Zübeyr, 13. Bəhlul Mustafazadə, 15. Leandru Andrade, 20. Rişard Almeyda, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədəvi Hüseynov, 77. Ramil Şeydayev

Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 94. Ayhan Arazlı, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzya, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Toral Bayramov, 87. Adama Diakabi, 90. Nəriman Axundzadə, 99. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov

Baş hakim: Villiam Kollum (Şotlandiya)
Gent (Belçika). “Gent” stadionu
İlk oyun – 0:1

0