"Qarabağ" Polşada uduzdu - YENİLƏNİB
27.07.2023 - 00:13
"Qarabağ" Polşada uduzdu - YENİLƏNİB

Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok matçını keçirib.

Apasport.az saytının məlumatına görə, ölkəmizi Çempionlar Liqasında təmsil edən Qurban Qurbanovun yetirmələri II təsnifat mərhələsinin ilk matçında "Rakuv"un qonağı olub.

Ağdam klubu Polşa çempionu ilə qarşılaşmada məğlubiyyət acısı yaşayıb. Oyunun birinci hissəsində qapılara qol vurulmasa da, fasilədən sonra komandalar fəallıq göstəriblər. "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin səhvləri nəticəsində meydan sahibləri hesabda 2:0 önə keçiblər. Bu amil çempionumuzu ruhdan salmayıb və qısa müddət ərzində hesabı bərabərləşdırmək mümkün olub. Cica 74 və 76-cı dəqiqələrdə dubl edib. Amma Polşadan sərfəli nəticə ilə dönmək mümkün olmayıb. Əsas vaxta əlavə olunmuş ilk dəqiqədə oyuna sonradan daxil olan Kittel uzaqdan zərbə ilə "Rakuv"a qələbə qazandıran qolun müəllifi olub.  

Qeyd edək ki, cavab görüşü avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
26 iyul 
22:15. "Rakuv" (Polşa) – “Qarabağ” (Azərbaycan) - 3:2
Qol:
E. Cəfərquliyev, 55 (öz qapısına). Piaçeski, 71. Kittel,90+1 - Cica, 74; 76
Baş hakim: Lukas Fendrix (İsveçrə)
“Rakuv”: 1. Vladan Kovaçeviç, 24. Zoran Arseniç, 25. Boqdan Rakovitan, 4. Stratos Svarnas, 7. Fran Tudor, 66. Giannis Papanikalau, 8. Ben Lederman, 20. Con Karlos, 30. Vladislav Koçergin, 9. Lukaş Zvolinski, 77. Marçin Çebula.
Ehtiyat oyunçular: 89. Kasper Bieşçad, 5. Qustav Berqren, 6. Simon Çiz, 93. Sonni Kitel, 27. Bartoş Novak, 99. Fabian Paçieski, 17. Mateuş Vdovyak, 22. Derian Soresku, 11. Jon Yeboa.
Baş məşqçi: David Şvarqa 
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev (k), 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrad, 19. Redon Cica, 7. Yassin Benzia. 
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 66. Patrik Andrade, 11. Adama Diakabi, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 83. Nihad Quliyev, 20. Riçard Almeyda, 17. Hamidu Keyta, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç.
Baş məşqçi: Qurban Qurbanov 
Çenstohova şəhər stadionu

0