“Qarabağ” Polşaya yollandı - FOTO
25.07.2023 - 12:01
“Qarabağ” Polşaya yollandı - FOTO

Azərbaycan çempionu “Qarabağ” bu gün Polşaya yola düşüb.

Apasport.az saytının məlumatına görə, Ağdam klubu Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün səfərə çıxıb.

Qurban Qurbanovun yetirmələri sabah “Rakuv”un qonağı olacaq. İlk raundda “Linkoln”a iki dəfə qalib gələn “Qarabağ” bu uğuru Polşada davam etdirməyə çalışacaq.

Qeyd edək ki, “Rakuv” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:15-də başlayacaq.

0