
Bakı Olimpiya Stadionunda "Qarabağ" və "Qalatasaray"ı arasında keçiriləcək xeyriyyə oyununa satılan biletlərin sayı açıqlanıb.
Apasport.az xəbər verir ki, bu gün satışa çıxarılan biletlərin 42 500 ədədi artıq azarkeşlər tərəfindən alınıb.
Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.
Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından, Iticket.az satış məntəqələrindən, klubun "Park Bulvar"da yerləşən fan-şopundan, eyni zamanda Iticket.az saytından da əldə etmək olar.
Qeyd edək ki, martın 26-da oynanılacaq matçdan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
- Cüdoçularımız XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iki qızıl medal qazanıblar
- Filip Krovinoviç: "Azərbaycan çempionatının yaxşı səviyyədə olduğunu bilirik"
- "Hayduk"un baş məşqçisi: "15 ildir ki, komanda avrokuboklarda yaxşı çıxış etmir"
- Rəşad Sadıqovdan Yurçeviçə cavab: “Özünün Azərbaycanda müqaviləsi necə olub?”
- Qismət Alıyev: “Oyuna tam hazırıq”