“Qarabağ” qrup mərhələsinin bir addımlığında - YENİLƏNİB
24.08.2023 - 23:58
“Qarabağ” qrup mərhələsinin bir addımlığında - YENİLƏNİB

“Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu Avropa Liqasının pley-offunda ilk matçını səfərdə "Olimpiya"ya qarşı keçirib.

Qurban Qurbanovun yetirmələri Sloveniyada inamlı qələbə qazanıblar.  Cari avrokubok mövsümündə bütün qarşılaşmalarda qol vuran Ağdam klubu bu dəfə də uğurlu seriyanı davam etdirib. Birinci hissədə Kevin Medina və Leandro Andrade fərqləniblər. Bu qələbə "Qarabağ"ı qrup mərhələsinə bir addım yaxınlaşdırıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 31-də Bakıda keçiriləcək.

Avropa Liqası
Pley-off, ilk oyun
24 avqust
22:00. "Olimpiya" (Sloveniya) - "Qarabağ" (Azərbaycan) - 0:2
Qol:
Kevin Medina, 32. Leandro Andrade, 44
Baş hakim: Georgi Kabakov (Bolqarıstan)
"Olimpiya": 69. Matevj Vidovşek, 2. Xorxe Silva, 3. David Sualehe, 14. Marsel Ratnik, 16. Ahmet Muhamedbeqoviç, 10. Timi Elşnik (k), 19. Svit Seşlar, 34. Aqustin Doffo, 99. Rui Pedro, 11. Saar Fedida, 37. Pedro Lukas
Ehtiyat oyunçular: 22. Denis Pintol, 31. Jan Maurisio, 6. Mateo Karamatiç, 8. Yustas Lasiçkas, 9. Mustafa Nukiç, 15. Marko Ristiç, 20. Nemanya Motika, 23. Dioqo Pinto, 33. Nemanya Qavriç, 43. Aylaz Krefl, 77. Aldin Yakupoviç. 
Baş məşqçi: Joao Enrikes.
"Qarabağ": 23. Luka Quqeşaşvili, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 19. Redon Cica
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Andrey Lunyov, 2. Mateus Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 18. Hamidu Keyta, 18. Juninyo, 20. Riçard Almeyda, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Lyublyana. “Stojitse” stadionu

0