“Hər iki komanda üçün prinsipial matç olacaq”.
Bu sözləri Apasport.az saytına açıqlamasında Şahin Diniyev deyib.
Təcrübəli mütəxəssis bu gün keçiriləcək futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində “Sabah” – “Qarabağ” görüşünü dəyərləndirib:
“Nəzərə alsaq ki, “Sabah” Premyer Liqada “Qarabağ”ı qabaqlayıb, artıq “köhlən atlar” kuboku “bayquşlar”ın əlindən almaq üçün əllərindən gələni edəcəklər. Həmçinin Ağdam təmsilçisi üçün UEFA Konfrans Liqası yox, Avropa Liqası daha prestijli turnir sayılır. Gərgin oyun gözlənilir.
“Qarabağ” hələ ki, “Sabah”la oyunlarda istədiyi nəticələri əldə edə bilməyib. Lakin bu, Ağdam klubunu sarsıdacaq məqam deyil. Komandada çıxış edən futbolçularda Çempionlar Liqasından sonra müəyyən durğunluq yaranıb. Amma düşünürəm ki, bu görüşlə birlikdə tam fərqli olacaqlar.
“Sabah” isə stabil çıxışını davam etdirir. Bakı təmsilçisi həm müdafiədə, həm də hücumda çox yaxşı oyun göstərir. Hər iki komanda bu görüşə yaxşı hazırlaşıb. Fikrimcə, qarşılaşma iki baş məşqçinin taktiki savaşı olacaq”.
Qeyd edək ki, “Sabah” - “Qarabağ” matçı saat 20:00-da start götürəcək.
- "Qarabağ" və "Sabah"ın təxirə salınan oyunlarının tarixi açıqlanıb
- Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR
- FIFA prezidenti Canni İnfantino Bakıya gəlib
- AFFA-nın təşkilatçılığı ilə skautinq mövzusunda seminar keçirilib
- Kamal Quliyevlə razılıq alınmadı – “Xankəndi” Röyal Nəcəfovu seçdi