“Qarabağ” – “Sabah” oyununun vaxtı açıqlandı
30.08.2023 - 15:59
“Qarabağ” – “Sabah” oyununun vaxtı açıqlandı

Misli Premyer Liqasında VI turun oyun cədvəli müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu PFL-in mətbuat xidməti açqılayıb.

Turun matçları üç günü əhatə edəcək. Mərkəzi qarşılaşmada “Qarabağ”la “Sabah” üz-üzə gələcək. Bütün görüşlər “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Misli Premyer Liqası
VI tur
15 sentyabr (cümə)
“Zirə” – “Sumqayıt”

Zirə İdman Kompleksinin stadionu, 17:00

16 sentyabr (şənbə)
“Kəpəz” – “Səbail”

Gəncə şəhər stadionu, 16:00
“Araz-Naxçıvan” – “Neftçi”
“Dalğa Arena”, 18:00

17 sentyabr (bazar)
“Turan Tovuz” – “Qəbələ”

Tovuz şəhər stadionu, 16:30
“Qarabağ” – “Sabah”
“Azersun Arena”, 19:30

0