"Qarabağ" "Səbail"ə, "Kəpəz" debütanta uduzdu - YENİLƏNİB
03.09.2023 - 21:28
"Qarabağ" "Səbail"ə, "Kəpəz" debütanta uduzdu - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında V tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar fasilə ərəfəsində son matçlar keçirilib.

Turnir cədvəlinin aşağı sıralarında yer alan komandalar Gəncədə üz-üzə gəlib. “Kəpəz” öz meydanında “Araz-Naxçıvan”a uduzub. 

Turun son qarşılaşması Bayılda baş tutub. Son çempion “Qarabağ” “Səbail”ə uduzub. Qurban Qurbanovun yetirmələri hesabı açsalar da, meydan sahibləri əzmkarlıq göstərərək, iki qol vurublar. "Səbail" dalbadal ikinci qələbəsini qazanıb. 

Qeyd edək ki, növbəti turun qarşılaşmaları sentyabrın 15-17-də keçiriləcək.

Misli Premyer Liqası
V tur
3 sentyabr (bazar)
17:00. “Kəpəz” – “Araz-Naxçıvan” - 1:2
Qollar: 
Mate Kvirkviya, 78 (pen.) - Orxan Əliyev, 40 (pen.); 45
Baş hakim: Kamran Əliyev
“Kəpəz”: 1. Vladislav Vasilyuçek, 11. Elnur Cəfərov, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 88. Şakir Seyidov, 22. Rüfət Əhmədov, 91. Latir Fal, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 7. Ehtiram Şahverdiyev, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 20. Mahir Həsənov, 15. Cavad Kərimov, 25. Georgi Papunaşvili, 9. Mate Kvirkviya
Baş məşqçi: Azər Məmmədov    
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k)
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 42. Kadiri Mohammed, 8. İsmail Azzau
Baş məşqçi: Azər Bağırov
Gəncə şəhər stadionu

19:30. “Səbail”– “Qarabağ” - 2:1
Qollar: 
Aleksandr Ramalinqom, 17; 42 - Hamidu Keyta, 3
Baş hakim: Kamranbəy Rəhimov
“Səbail”: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k) 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 9. Amil Yunanov, . Cabir Əmirli, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 44. Yadin Luqasi
Baş məşqçi: Şahin Diniyev
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev (k), 20. Riçard Almeyda, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 17. Hamidu Keyta, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 19. Redon Cica
Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 83. Nihad Quliyev, 10. Abdullah Zubir, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov
“ASCO Arena”

1 Zirə 5 4 0 1 5-2 12
2 Turan Tovuz 5 3 0 2 9-6 9
3 Neftçi 5 2 2 1 5-3 8
4 Sumqayıt 4 2 1 1 7-4 7
5 Qarabağ 5 2 1 2 7-5 7
6 Səbail 5 2 1 2 8-9 7
7 Araz-Naxçıvan 5 2 1 2 6-7 7
8 Sabah 4 1 1 2 6-5 4
9 Kəpəz 5 1 1 3 3-6 4
10 Qəbələ 5 1 0 4 2-11 3

 

Bombardirlər: Aleksandr Ramalinqom ("Səbail") - 3 qol, Martin Petkov ("Turan Tovuz") - 3 qol

 

0