“Qarabağ” - “Turan Tovuz” matçında 8 qol
23.09.2025 - 20:36
“Qarabağ” - “Turan Tovuz” matçında 8 qol

Azərbaycan Əvəzedicilər Liqasında IV turun təxirə salınmış oyunu keçirilib.

Apasport.az xəbər verir ki, Binə qəsəbə stadionunda "Qarabağ-2" "Turan Tovuz-2" ilə qarşılaşıb.

Oyun 5:3 hesabı ilə Ağdam təmsilçisinin xeyrinə başa çatıb.

Qolları "Qarabağ-2"dən Hacı İbrahim, (34 (pen), Nicat Xasıyev (62, 87), Sənan Ağayev (80), Eltun Babazadə (90+4) vurublar. "Turan Tovuz-2" də Elçin Qasımov (1), Murad Dadaşov (8), Nicat Quliyev (75) fərqləniblər.

71-ci dəqiqədə "Turan Tovuz-2"dən Fərid Cəfərov penaltini vura bilməyib.

Bu qələbə ilə 5 oyundan 11 xal toplayan “Qarabağ-2” turnir cədvəlinə başçılıq edir.