“Qarabağ” üçün üç variant – Çempionlar Liqasında
24.07.2023 - 11:25
“Qarabağ” üçün üç variant – Çempionlar Liqasında

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki mümkün rəqibləri bəlli olub.

Apasport.az saytının məlumatına görə, UEFA bugünkü püşkatma ərəfəsində komandaları qruplara bölüb.

Azərbaycan çempionunun Polşa “Rakuv”u ilə təşkil etdiyi cütün qalibi üç mümkün rəqibdən biri ilə görüşəcək. “Qarabağ” bu mərhələni keçsə, "Şerif" (Moldova) - "Makkabi" (Hayfa, İsrail), "Aris" (Kipr) - BATE (Belarus) cütlərindən birinin qalibi və ya əvvəlki turlardan azad olan AEK (Yunanıstan) ilə görüşəcək.

III təsnifat mərhələsinin ilk oyunları avqustun 8-9-da keçiriləcək. Cavab matçları isə ayın 15-də baş tutacaq.

Qeyd edək ki, bugünkü püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

0