“Qarşımızda çətin rəqib vardı və bizi çətin oyun gözlədiyini bilirdik. Qələbə qazandıq. Onu da nəzərə alaq ki, heyətdə dəyişikliklər vardı. Bir çox futbolçular qış fasiləsində komandanı tərk etdilər. Əvəzində yeni oyunçular gəldilər. Amma yenə də qalib gəldik. Hər şey öz əlimizdədir. Qarşıdakı oyunlarda yaxşı nəticələr qazanmaq üçün çalışmaq lazımdır”.
Apasport.az-ın xəbərinə görə, bunu "Qarabağ"ın kabo verdeli futbolçusu Leandru Andradi deyib.
O, Belçikanın "Xent" komandasını Avropa Konfrans Liqasının pley-off mərhələsində 1:0 məğlub etdikləri oyundan sonra fikirlərini bildirib. 23 yaşlı hücumameyilli mərkəz yarımmüdafiəçisi komandaya qələbə qazandıran qolundan danışıb: "Təbii ki, meydana çıxanda hamımızın ağlında qələbə qazanmaq olur. Buna görə də komandaya qələbə qazandırmaq və qol vurmaq üçün hamıda inam olmalıdır. Bizim də hər birimizdə belə bir inam vardı. Belə də davam eləməliyik”.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 23-də Gentdə keçiriləcək.
- Bakıda “Formula 1” rekordu: XARİCİ QONAQLARIN SAYI 16 MİNİ KEÇDİ
- Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd olunub - FOTO
- Mahir Emreli azarkeşlərə səsləndi: “Gəlib bizi dəstəkləsinlər”
- “Qəbələ” iki yoxlama matçı keçirəcək - RƏSMİ
- Vüsal İsgəndərli: "Biz də istəyirik ki, qol vuraq, amma..."