“Qarabağ”a üç şərik
18.08.2023 - 13:18
“Qarabağ”a üç şərik

Klubların UEFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan klublarından yalnız biri “Top-100”də yer alıb.

24,500 xala malik “Qarabağ” 62-ci yerə şərikdir. Qurban Qurbanovun yetirmələri “Molde”, “Fənərbaxça” və PAOK-la eyni göstəriciyə malikdir.

“Neftçi” 10,000 xalla 135-ci, “Qəbələ” 4,500 xalla 268-ci yerdə qərarlaşıb. 3,300 xalı olan digər klublarımız 334-cü yeri bölüşür. Bu komandalar “Sabah”, “Zirə”, “Şamaxı”, “Sumqayıt” və “Səbail”dir.

Qeyd edək ki, siyahıya 124,000 xala malik “Mançester Siti” başçılıq edir.
 

0