"Qarabağ"da mövsüm sonu daha bir ayrılıq
06.02.2024 - 15:21
"Qarabağ"da mövsüm sonu daha bir ayrılıq

Bu qış bir neçə kluba icarəyə veriləcəyi gözlənilsə də, sonda keçidi baş tutmayan “Qarabağ”ın futbolçusu Nihad Quliyev komandada qalıb.

Apasport.az saytına verilən məlumata görə, gənc futbolçu “Zirə”, “Kəpəz”, “Araz-Naxçıvan” və “Turan Tovuz”un maraq dairəsində olsa da, sonda Quliyevin onlardan heç birinə icarə üzrə keçidi baş tutmayıb. 

Aldığımız məlumata görə, “Qarabağ” onun adını Avropa Liqasının matçları üçün sifariş ərizəsinə daxil etsə də, mövsümün sonunda onun müqavilə müddətini artırmayacaq.

0