
"Qarabağ" daha bir futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.
Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi Adama Diakabini komandada saxlamaq istəmir.
Bu səbəbdən fransalının adı heç Avropa Liqasının qrup mərhələsi üçün sifariş ərizəsinə də daxil edilməyib.
"Qarabağ"dan Diakabiyə özünə klub tapmasını istəyiblər. Komandaya ötən qış gələn futbolçu gələcək üçün planlara daxil deyil. Meydana “Qarabağ” formasında cəmi 8 oyuna çıxan Diakabi özünə klub tapacağı təqdirdə, Ağdam klubu onu təzminatsız buraxacaq.
Qeyd edək ki, Qurban Qurbanovun komandasını Şahruddin Məhəmmədəliyev tərk edir. Onun Türkiyənin “Adana Dəmirspor”la 2+1 illik müqavilə imzalayacağı gözlənilir.
- Kaxaber Tsxadadze: “Xarakterli futbolçuları olan komandaya qarşı oynadıq”
- Millimiz ABŞ-yə məğlub oldu
- Şahin Şahniyarov: “Millimiz üçün əlimdən gələnin ən artığını edəcəm”
- Azərbaycan Liqalarında növbəti mövsümün topları təqdim edilib
- Birinci Liqa: "Difai"dən darmadağın, "Qəbələ" və "Karvan"dan xal itkisi - YENİLƏNİB