"Qarabağ"da yeni müqavilə
26.05.2023 - 20:05
"Qarabağ"da yeni müqavilə

Bu gün "Qarabağ"ın "Sirab"la tərəfdaşlıq müqaviləsinin imza mərasimi keçirilib. 

Apasport.az saytının məlumatına görə, tədbirdə klubun direktoru Emrah Çelikel, Marketinq və PR departamentinin rəhbəri Yusif Cəfərov, "Sirab"ın CEO-su Alper Yaycılı, Marketinq şöbəsinin rəhbəri Esin Umut iştirak ediblər.

Müqavilənin müddəti 1 il nəzərdə tutulub.

Qeyd edək ki, 70 ildən çox yaşı olan "Sirab" mineral suyunun sorağı dünyanın bir sıra ölkələrindən gəlir. Minerallarla zəngin olan "Sirab" suyunun Azərbaycanla yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Türkiyə, Türkmənistan, Çin, İran, İraq, Qətər, Polşa, Küveyt, Ukrayna və Baltikyanı ölkələrdə özünəməxsus yeri vardır. 

Dünya standartlarına cavab verən "Sirab" mineral suyu bir çox xarici ölkələrdə yüksək mükafatlara layiq görülüb.

0