“Qarabağ”da yeni MÜQAVİLƏ
30.05.2023 - 14:00
“Qarabağ”da yeni MÜQAVİLƏ

“Qarabağ” futbolçulardan biri ilə müqavilə müddətini uzadıb. 

Apasport.az saytının məlumatına görə, Ağdam klubu Riçard Almeydanı heyətində saxlayıb.

Azərbaycan millisində karyerasını başa vuran Braziliya əsilli yarımmüdafiəçi ilə yeni müqavilə imzalanıb. Tərəflər 1 illik anlaşıb. 34 yaşlı futbolçu 2024-cü ilin yayına qədər Azərbaycan çempionunun formasını geyinəcək.

Qeyd edək ki, Riçard 2012-ci ildən fasilələrlə “Qarabağ”da çıxış edir. O, bu müddətdə “Astana”, “Bani Yas” və “Zirə”də də forma geyinib.
 

0