“Qarabağ” son 12 mövsümdə özünün ən uğursuz startına imza atıb.
Apasport.az xəbər verir ki, son çempion 5 turdan sonra yaranan fasiləyə 7 xalla yollanıb.
Qurban Qurbanovun yetirmələri V turda “Səbail”ə 1:2 hesabı ilə uduzub. Ağdam klubu arxada qalan oyunlarda 2 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət yaşayıb.
“Qarabağ” sonuncu dəfə 2011/12 mövsümündə ilk 5 oyunda bu qədər az xal toplayıb. Həmin vaxt da ağdamlılar 7 xal yığıb. Sonrakı illərdə bu rəqəm daha yüksək olub.
Ağdam klubunun daha zəif startı isə sonuncu dəfə 2007/08 mövsümünə təsadüf edib. 16 il öncə komanda 5 turda cəmi 3 xal toplayıb.
- AFFA bölgə klubunun futbolçusuna 4 oyunluq cəza verib
- "Neftçi"nin gələcəyi hesab edilən Lorenzo “Sampdoriya”da - Müsahibə
- "Turan Tovuz"un futbolçusu: "Bu, o demək deyil ki, qol buraxmaq zəiflikdir"
- "Qarabağ" - "Malmö" matçı: Qonaqlar üçün bilet qiyməti məlum olub
- Arif Əsədov: "De Byazi millidə uğursuz deyildi" - VİDEO