“Qarabağ”dan Bakıda start, Avstriyada davam
11.06.2023 - 18:10
Azərbaycan çempionu “Qarabağ”ın yeni mövsümə hazırlıq planı bəlli olub.
Apasport.az xəbər verir ki, komanda bu gündən çalışmalara start verib.
Palana uyğun hazırlığın ilkin mərhələsi Bakıda baş tutacaq. Komanda iyunun 22-də Avstriyaya yola düşəcək. Təlim-məşq toplanışının ikinci mərhələsində “Qarabağ” yoxlama oyunlarına qüvvəsini sınayacaq.
Qeyd edək ki, 10-cu dəfə Azərbaycan çempionu olan “Qarabağ” Çempionlar Liqsının birinci mərhələsindən mübarizəyə qoşulacaq.
0
0