“Qarabağ”dan Çempionlar Liqasında ilk
27.07.2023 - 14:14
“Qarabağ”dan Çempionlar Liqasında ilk

Çempionlar Liqasının II təsnifat mərhələsi “Qarabağ” üçün uğursuz başlayıb.

Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri “Rakuv”la Polşadakı ilk oyunda 2:3 hesabı ilə uduzub.

Ağdamlılar Çempionlar Liqasında ilk dəfə qrupa qədərki matçlardan birində bu qədər çox qol buraxıb. İndiyədək I, II, III təsnifat mərhələləri və pley-offda heç bir komanda “Qarabağ”a 2-dən artıq qol vurmamışdı.

Ümumiyyətlə, ağdamlılar Çempionlar Liqasında 3-cü dəfə üç və ya daha çox top buraxıb. “Çelsi” 6 il əvvəl qrupda iki qarşılaşmada 10 qola sevinib – 6:0, 4:0.

Qeyd edək ki, Qurbanovun komandasının avrokuboklarda qrupa qədər 3 və ya daha çox top buraxmasına sonuncu dəfə 4 il əvvələ təsadüf olunub. “Qarabağ” onda Avropa Liqasının pley-offunda “Linfild”ə 2:3 hesabı ilə uduzub.

0