“Qarabağ”dan əzmkar qələbə
17.08.2023 - 21:58
“Qarabağ”dan əzmkar qələbə

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçına çıxıb.

Ağdam klubu səfərdə HİK-lə görüşüb.  Ötən həftə Bakıda 2:1 hesabı ilə qalib gələn ağdamlılar üçün Finlandiyadakı matç uğursuz başlayıb. Təmsilçimiz erkən qol buraxıb.

Meydan sahiblərinin tezliklə qırmızı vərəqə almasından sonra “Qarabağ” təşəbbüsə tam yiyələnib. Fasilə ərəfəsində bu üstünlük bəhrəsini verib. Toral Bayramov penaltini dəqiq yerinə yetirib. İkinci hissədə Yasin Benzianın vurduğu qol çempionumuza əzmkar qələbə qazandırıb – 2:1.

Qeyd edək ki, hər iki oyunda qalib gələn “Qarabağ” Avropa Liqasının, HİK isə Konfrans Liqasının pley-offunda oynayacaq.
 

Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
17 avqust 
20:00. HİK (Finlandiya) – “Qarabağ” (Azərbaycan) - 1:2
Qollar: 
Santeri Hostikka, 10 // Toral Bayramov, 45+3 (pen.), Yassin Benzia, 56
Qırmızı vərəqə: Kevin Kuassivi-Benissan, 16
HİK: 85. Niki Maenpaa, 4. Yoona Toyvio, 9. Boyan Raduloviç, 10. Lukas Linqman, 15. Miro Tenho (k), 18. Topi Keskinen, 22. Yukka Raytala, 24. Georgios Kanellopulos, 27. Kevin Kuassivi-Benissan 2. Tuomas Ollila, 7. Santeri Hostikka
Ehtiyat oyunçular: 1. Yesse Öst, 78. Aleks Ramula, 3. Nikolas Hamalaynen, 5. Kristofer Da Qrasa, 6. Aapo Halme, 8. Filip Roqiç, 29. Entoni Olusanya, 56. Perparim Hetemay, 37. Atomu Tanaka, 11. Rub Riski, 14. Matti Peltola, 17. Hassane Bande 
Baş məşqçi: Toni Korkeakunnas
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev (k), 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Juninyo, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
Baş hakim: Villy Delajod (Fransa)
Helsinki Futbol stadionu
İlk oyun – 1:2

0