“Qarabağ”dan səfər qələbəsi - YENİLƏNİB
06.10.2024 - 21:55
“Qarabağ”dan səfər qələbəsi - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında I dövrəyə yekun vurulub.

Apasport.az xəbər verir ki, dövrənin son matçı Sumqayıtda baş tutub.

“Qarabağ” şəhərin eyniadlı komandası ilə qarşılaşıb. Oyunun taleyini 1 qol həll edib. Ağdamlılar minimalhesablı qələbəyə sevinib - 1:0.

Qeyd edək ki, X turun görüşləri milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra – oktyabrın 18-20-də keçiriləcək.

Misli Premyer Liqası
IX tur
6 oktyabr (bazar)
20:00. “Sumqayıt” – “Qarabağ”
Qol: Elvin Cəfərquliyev, 74
"Sumqayıt": 
1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roy Kehat, 23. Cordan Rezabala, 60. Tresor Mossi, 6. Vüqar Mustafayev, 2. Sərtan Taşkın, 5. Alan Dias, 99. Silvanus Nimeli
Baş məşqçi: Samir Abasov
"Qarabağ": 99. Mateuş Koxalski, 55. Bədavi Hüseynov, 8. Marko Yankoviç, 81. Kevin Medina, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 22. Musa Qurbanlı, 11. Emmanuel Addai, 21. Aleksey Kaşuk
Baş məşqçi: Qurban Qurbanov
Baş hakim: Elçin Məsiyev
M. Hüseynzadə adına Sumqayıt şəhər stadionu

0