"Qarabağ”dan XXI əsrin rekordu
18.03.2024 - 11:33
"Qarabağ” Misli Premyer Liqasının 27 turunda 71 qol vurub. Bu, ölkə çempionatları tarixində son 25 ilin rekordudur.
Daha yüksək məhsuldarlığa sonuncu dəfə 1998/99 mövsümündə təsadüf olunub. Həmin vaxt “Kəpəz” 27 turda 75 qol vurub. Gəncə təmsilçisinin bir matçdakı texniki qələbəsi də nəzərə alınmadan belə göstərici reallaşıb.
Ölkə çempionatlarının 27 tur üçün mütləq rekordu isə 1996/97 mövsümündə rəsmiləşib. “Neftçi” bu qədər oyunda 91 dəfə rəqib qapısına yol tapıb.
- AFFA-da Qazaxıstan Futbol Federasiyasının əməkdaşları ilə görüş keçirilib
- II Liqa: Turun mərkəzi matçının hakimləri bəlli olub
- "Qarabağ"ın iki əməkdaşı “Johan Cruyff” institutunun diplomunu alıb
- "Qarabağ" - "Ayaks" matçına 20 mindən çox bilet satılıb
- Binə qəsəbə stadionunda süni ot örtüyü dəyişdirilir
0
0