“Qarabağ”dan “Zirə”yə
22.06.2023 - 16:39
“Qarabağ”dan “Zirə”yə

"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib. 

Klubdan apasport.az saytına verilən məlumata görə, Bakı təmsilçisi İsmayıl İbrahimliylə müqavilə imzalayıb. 

“Qarabağ”a məxsus olan oyunçu növbəti mövsümün sonuna qədər “Zirə”də çıxış edəcək.

Qeyd edək ki, 25 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Şüvəlan” və MOİK-də də çıxış edib.

0