"Qarabağ"ın 10 futbolçusu "Qalatasaray"a qarşı keçiriləcək xeyriyyə oyununu buraxacaq.
Apasport.az xəbər verir ki, bunlar Luka Quqeşaşvili, Marko Veşoviç, Marko Yankoviç, Bəhlul Mustafazadə, Toral Bayramov, Elvin Cəfərquliyev, Rişard Almeyda, Filip Ozobiç, Ramil Şeydayev və Musa Qurbanlıdır.
Quqeşaşvili Gürcüstan millisinə, Veşoviç və Yankoviç Monteneqro yığmasına AVRO-2024-ün seçmə mərhələ matçları üçün dəvət alıblar. Digər oyunçular isə Azərbaycan millisinə çağırılıblar.
Qeyd edək ki, martın 26-sı Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" – "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq. Görüşün bilet satışından əldə olunan gəlir Türkiyədə baş verən güclü zəlzələdən zərər çəkənlərə göndəriləcək.
- “Formula 2” Bakı Qran-prisinin ikinci böyük səhnəsi: Sürət, rəqabət və adrenalin - FOTOLENT
- “Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı - RƏSMİ
- Tiaqo Silva “Şəfa”da
- Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO
- Rusiya ilə İran yoldaşlıq görüşündə üz-üzə gələcək