“Qarabağ”ın avrokubok oyunlarının vaxtı açıqlandı
27.06.2023 - 13:16
“Qarabağ”ın avrokubok oyunlarının vaxtı açıqlandı

"Qarabağ"ın Çempionlar Liqasında keçirəcəyi ilk oyunların vaxtı və yeri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu UEFA-nın mətbuat xidməti açıqlayıb.

Ağdam klubu I təsnifat mərhələsində Cəbəllütariqin "Linkoln" klubu ilə görüşəcək. İlk matç Cəbəllütariqdəki "Viktoriya" stadionunda baş tutacaq. İyulun 11-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Cavab oyunu 8 gündən sonra təşkil olunacaq. Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmanın start fiti saat 20:00-da veriləcək.
 

0