"Qarabağ"ın daha bir oyunçusu zədələndi
27.01.2024 - 17:17
Premyer Liqanın XX turunun "Kəpəz"lə qarşılaşmasında "Qarabağ"ın daha bir futbolçusu sıradan çıxıb.
Apasport.az xəbər verir ki, 79-cu dəqiqədə Yassin Benzia "Kəpəz"in qapıçısı İqor Rodrigeşlə toqquşub və başından zədələnib.
29 yaşlı yarımmüdafiəçi oyuna davam edə bilməyib və paltardəyişmə otağına gedib.
Dəyişiklik haqqının hamısını istifadə edən Qurban Qurbanovun komandası meydanda 10 nəfər qalıb.
Qeyd edək ki, "Qarabağ" Qəbələdən 2:1 hesablı qələbə ilə ayrılıb.
- AFFA-nın tərkibində olan federasiyalara ayrılan vəsaitlər açıqlanıb
- “Eyeball” tərəfindən klublar üçün seminar keçirilib
- Rövşən Nəcəf: “Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil”
- FIFA rəsmisi: “Azərbaycan futbolu Avropada etimad qazanır”
- Azərbaycan klublarına UEFA-dan ayrılan maliyyə vəsaiti açıqlanıb
0
0