“Qarabağ”ın futbol akademiyası inşa ediləcək
27.05.2023 - 17:11
“Qarabağ”ın futbol akademiyası inşa ediləcək

“Prezident olaraq, “Qarabağ”ın gələn il yox, uzun illər uğuru məni maraqlandırır. Hesab edirəm ki, “Qarabağ”a ən böyük hədiyyə akademiyanın qurulması ilə bağlı idi”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.

Ağdam klubunun 10-cu Azərbaycan çempionluğuna həsr olunan tədbirdə jurnalistlərə açıqlama verən funksioner akademiya barədə danışıb: “İki il əvvəl demişdim ki, akademiya və gənclərə investisiya etmək zamanımız gəlmişdi. Şükür Allaha, onunla bağlı işlərimiz başlayıb, layihələrimiz var. Yavaş-yavaş “Qarabağ” futbol akademiyasını inşa etdirəcəyik. Bu, məni çox sevindirir.  Yer müəyyənləşib. Hazırkı stadionumuzun ətrafı olsaydı, bizim üçün qənaətbəxşdir. Çünki gedib-gəlmək, futbolçularımızda vahid “Qarabağ” ruhunun yaranması çox önəmlidir. Çalışacağıq ki, bugünkü stadionumuzun yanında olsun. Bunu cənab prezidentdən, nazirlərimizdən xahiş edəcəyik. Amma hələlik, öz yerimiz var. Binə qəsəbinsə yaxın yerdədir. Yeri bir az uzaqdır, deyə bilmərəm ki, ideal yerdir. Amma baxırıq, layihələndiririk. Həmin ərazi yekunlaşsa, bu il inşaata başlayacağıq. Klub prezidenti olaraq, atdığım ən önəmli addımlardan biridir”.

0