"Qarabağ"ın futbolçusu "Qalatasaray" yolunda
06.02.2024 - 16:24
"Qarabağ"ın futbolçusu "Qalatasaray" yolunda

Xəbər verdiyimiz kimi, “Qalatasaray”ın idman direktoru Cenk Ergün Azərbaycan Premyer Liqasının 21-ci turunun “Səbail” – “Qarabağ” (1:2) matçını stadiondan izləyib.

Apasport.az Türkiyə mediasına istinadla xəbər verir ki, Cenk Ergün "Qarabağ"ın futbolçusu Toral Bayramovu izləmək üçün Bakıya gəlib. 

Məlumata görə, "Qalatasaray" rəsmisi rəhbərliyə hər iki cinahda oynaya bilən Bayramovla bağlı müsbət hesabat verib. 

Qeyd edək ki, Cenk Ergünün Azərbaycan futbolunda daha bir neçə oyunçu ilə maraqlandığı məlum olub.

 

0