“Qarabağ”ın futbolçusu vəfat etdi
08.05.2023 - 22:37
“Qarabağ-2”nin futbolçusu Şirxan Həsənzadə vəfat edib.
Apasport.az saytının məlumatına görə, bir neçə gün əvvəl məşqinin əvvəlində isinmə hərəkətləri zamanı ürəyi dayanan futbolçu xəstəxanada dünyasını dəyişib.
Komandanın hazırlığında gözlənilmədən 20 yaşlı futbolçunun ürəyində problem yaranmışdı. Məşqçilərin və həkimlərin ilkin müdaxiləsindən sonra dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılan Şirxanın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, futbolçu U-21 yığmamızın heyətinə mütəmadi dəvət alırdı.
Allah rəhmət eləsin.
- "Neftçi" “Qəbələ” səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
- “Lokomotiv”in müdafiəçisi “Turan Tovuz”da - RƏSMİ
- "Karvan"ın futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- İslam Maxaçevə görə ən gözəl qol: İBRA SƏVİYYƏSİ - VİDEO
- Qurban Qurbanov Mustafazadənin transferi ilə bağlı: Onun özü ilə danışıb, razılaşmışdım
0
0