“Qarabağ”ın gözlədiyi “20”lər
11.07.2023 - 15:11
“Qarabağ”ın gözlədiyi “20”lər

Bu gün Cəbəllütariqdə “Linkoln”la qarşılaşacaq “Qarabağ” Çempionlar Liqasında yubileylərin astanasındadır.

Apasport.az saytının məlumatına görə, Ağdam klubu qitənin ən nüfuzlu klub turnirində 19 dəfə qalib gəlib.

Əldə olunacaq növbəti uğur 20-ci qalibiyyət olacaq. Qurban Qurbanovun yetirmələrini mümkün qələbəyə daşıyacaq qol da yubiley xarakteri daşıyacaq.

Çempionumuz bu turnirdə keçirdiyi səfər matçlarında 19 qol vurub. “Linkoln”la ilk görüşdəki top 20-ci kimi tarixə düşəcək.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında 2014-cü ildə debüt edib.

0