“Qarabağ” Kabo-Verde milli komandasının futbolçusu Telmo Arkanjonu azad agent kimi heyətinə qatmağı planlaşdırır.
Apasport.az saytının məlumatına görə, Ağdam klubu transferini qışda reallaşdıra bilmədiyi 21 yaşlı yarımmüdafiəçinin keçidini yayda gerçəkləşdirməyə qərar verib.
Afrikalı futbolçunun şərəfini qoruduğu Portuqaliyanın “Tondela” klubu ilə müqaviləsi iyunun 30-da başa çatacaq. “Qarabağ” onun keçidini həmin vaxt gerçəkləşdirmək üçün Telmonun özü ilə danışıqlar aparacaq.
Kabo-verdeli futbolçunun özü də “Qarabağ”a keçmək istəyindədir. Universallığı ilə seçilən Arkanjo həm sağ vinger, həm yarımmüdafiənin mərkəzində, həm də hücumçu arxasında oynamağı bacarır. “Qarabağ”ın yaya qədər Telmonun çıxışını izləyəcəyi və bundan sonra konkret addım atacağı gözlənilir.
Qeyd edək ki, Lissabon “Sportinq”inin yetirməsi olan Arkanjo “Belenenseş”də oynadıqdan sonra 2020-ci ildə “Tondela”ya keçib.
- Bakıda “Formula 1” rekordu: XARİCİ QONAQLARIN SAYI 16 MİNİ KEÇDİ
- Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd olunub - FOTO
- Mahir Emreli azarkeşlərə səsləndi: “Gəlib bizi dəstəkləsinlər”
- “Qəbələ” iki yoxlama matçı keçirəcək - RƏSMİ
- Vüsal İsgəndərli: "Biz də istəyirik ki, qol vuraq, amma..."