Braziliyalı Kadi Borgesin “Krasnodar”a gedişindən sonra onun mövqeyə futbolçu axtaran “Qarabağ” transfer siyahısını genişləndirib.
Apasport.az saytının əldə etdiyi məlumata görə, hazırda Belçikanın “Löven” klubunda oynayan Mussa Əl-Tamari yenidən Ağdam klubunun maraq dairəsinə düşüb.
Əslində iordaniyalı futbolçunun hələ 2018-2020-ci illərdə - APOEL-də oynadığı vaxtda “Qarabağ”la adı hallanırdı və hətta Azərbaycan çempionuna keçidi an məsələsi idi. Amma sonda 25 yaşlı futbolçu Belçikaya yollanmağa üstünlük vermişdi.
Mənbənin iddiasına görə, solaxay futbolçu yenidən “Qarabağ”ın diqqət mərkəzindədir. Onun Azərbaycana gəlib-gəlməyəcəyi isə qış transfer pəncərəsi bağlanana qədər konkretləşəcək. Onun hazırkı klubu ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq.
- Rövşən Nəcəf: “Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil”
- FIFA rəsmisi: “Azərbaycan futbolu Avropada etimad qazanır”
- Azərbaycan klublarına UEFA-dan ayrılan maliyyə vəsaiti açıqlanıb
- AFFA-nın illik gəliri açıqlandı: ən böyük pay kimə məxsusdur?
- AFFA açıqladı: BU STADİONLAR TƏMİRƏ BAĞLANACAQ