“Qarabağ”ın prezidenti: “Möhtəşəm oyun və mübarizəni Bakıda da görəcəyik”
25.08.2023 - 01:51
“Qarabağ”ın prezidenti: “Möhtəşəm oyun və mübarizəni Bakıda da görəcəyik”

“2:0 hesabı böyük üstünlükdür, amma Bakıda azarkeşlərimizin önündə cavab görüşü də var”.

Apasport.az saytı xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl deyib.

Sloveniyadan sərfəli nəticə ilə Ağdam klubunun rəhbəri yayımla bağlı yaranmış problemə də toxunub. Gözəl eyni mübarizənin Bakıdakı cavab matçında da nümayiş etdiriləcəyini bildirib: “Qarabağ”ımızın bu mövsüm ən həyəcanlı, maraqlı, sürətli oyunlarından biri oldu. Çox istəyərdim ki, xalqımız qarşılaşmanı böyük həyəcanla televiziyadan izləsin. Əlbəttə, matçın ölkəmizdə yayımlanmaması məni də üzdü. İnşallah bu möhtəşəm oyun və mübarizəni Bakıda da görəcəyik. Bu möhtəşəm qüruru hamımız birlikdə yaşayacağıq”.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə “Olimpiya”ya 2:0 hesabı ilə qalib gəlib. 
 

0