"Qarabağ"ın qapıçısının arzusu
07.01.2023 - 11:53
"Qarabağ"ın qapıçısının arzusu

Luka Quqeşaşvili "Qarabağ"dan ayrıla bilər. 

Apasport.az saytının əldə etdiyi məlumata görə, gürcüstanlı qapıçı az şans qazandığı üçün Azərbaycan çempionu ilə vidalaşmaq istəyir. 

O, qış fasiləsində deyil, mövsümün sonunda Ağdam klubu ilə vidalaşmaq arzusundadır. Quqeşaşvili daha çox oynamaq və Gürcüstan millisinə yenidən dəvət almaq üçün bu qərarı verib. 

23 yaşlı qapıçıya Polşadan da maraq var. 

Qeyd edək ki, ağdamlılar 1 il öncə Polşanın "Yagelloniya” klubundan icarəyə gələn Lukanın 2022-ci ilin mayında transfer hüququna yiyələnib. Onunla həmin vaxt 3 illik müqavilə imzalanıb. 
 

0