
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələrinin rəqibləri qitənin ikinci dərəcəli klub turnirinin püşkatmasında bəlli olub.
Azərbaycan çempionu H qrupuna düşüb. Püşkatmaya 2-si səbətdən qoşulan “Qarabağ” bu mərhələdə “Bayer” (Almaniya), “Molde” (Norveç) və “Haken” (İsveç) ilə görüşəcək.
Avropa Liqasının qrup mərhələsi sentyabrın 21-də start götürəcək. Oyunların təqvimi yaxın müddətdə dəqiqləşəcək.
Qeyd edək ki, “Qarabağ” ardıcıl 10-cu dəfə avrokubokların qrupunda oynayacaq. Ağdam təmsilçisi 2014/15 mövsümündən turnirlərin əsas raundlarının iştirakçısıdır.
- Kaxaber Tsxadadze: “Xarakterli futbolçuları olan komandaya qarşı oynadıq”
- Millimiz ABŞ-yə məğlub oldu
- Şahin Şahniyarov: “Millimiz üçün əlimdən gələnin ən artığını edəcəm”
- Azərbaycan Liqalarında növbəti mövsümün topları təqdim edilib
- Birinci Liqa: "Difai"dən darmadağın, "Qəbələ" və "Karvan"dan xal itkisi - YENİLƏNİB