“Qarabağ”ın qrupdakı səbəti dəqiqləşdi
28.07.2022 - 14:45
“Qarabağ”ın qrupdakı səbəti dəqiqləşdi

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı yer ala biləcəyi səbət dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu əsas raunda yüksəlsə, sonuncu – 4-cü səbətdə yer alacaq.

Buna qrup mərhələsinə birbaşa vəsiqə qazanan bütün klubların daha yüksək reytinqə malik olmasıdır. Məsələ ondadır ki, 26 komanda birbaşa qrupa yüksəlib. Yalnız 6 yerin sahibi pley-offda bilinəcək.

Təsnifat mərhələlərindən azad olan bütün iştirakçıların səbəti dəqiqdir. Pley-offun 6 qalibindən yalnız biri 3-cü səbətə düşə biləcək. Digərləri isə sonuncu səbətdə olacaq.

Hazırda təsnifat mərhələlərində oynayanlar arasında ən yüksək reytinqlisi “Benfika”dır. Portuqaliyalılar kimi “Reyncers”, “Dinamo” Zaqreb, “Srvena Zvezda” və “Dinamo” Kiyev klubları da 3-cü səbətdəki yeganə yerə ümidini saxlayır. Əgər bu komandaların heç biri qrupa çıxmasa, onda “Marsel” yuxarı səbətə irəliləyəcək. 
 
1-ci səbət
“Real”
“Ayntraxt”
“Mançester Siti”
“Milan”
“Bavariya”
PSJ
“Porto”
“Ayaks”

2-ci səbət
“Liverpul”
“Çelsi”
“Barselona”
“Yuventus”
“Atletiko”
“Sevilya”
“Leypsiq”
“Tottenhem”

3-cü səbət
“Borussiya” D
“Zalsburq”
“Şaxtyor”
“İnter”
“Napoli”
“Sportinq”
“Bayer”

4-cü səbət
“Marsel”
“Brügge”
“Seltik”

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin püşkü avqustun 25-də keçiriləcək. “Qarabağ” III təsnifat mərhələsində “Ferensvaroş”la görüşəcək.

1
Loading...