“Qarabağ”ın rəqibi müəyyənləşdi
20.06.2023 - 16:13
“Qarabağ”ın rəqibi müəyyənləşdi

Bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, püşkatmada Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi müəyyənləşib.

Qurban Qurbanovun yetirmələri bu mərhələdə "Linkoln"la (Cəbəllütariq) qarşılaşacaq. Ağdam klubu ilk matçı səfərdə keçirəcək.

Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk görüşləri iyulun 11-12 baş tutacaq. Cavab oyunları bir həftə sonra təşkil olunacaq.

Qeyd edək ki, sabah Çempionlar Liqasında II təsnifat mərhələsinin də püşkü atılacaq.
 

0