İngiltərənin “Sauthempton” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Bu vəzifəyə “Neftçi” və “Qarabağ”ın sabiq məşqçisi Ruben Selles təyin olunub. 39 yaşlı mütəxəssislə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.
Klub rəhbərliyi Neytan Consun istefasından sonra onun vəzifəsini müvəqqəti icra edən Sellesin işindən razı qalıb. Bu üzdən də ispaniyalının baş məşqçi təyin edilməsinə qərar verilib.
Qeyd edək ki, Selles 2012-14-cü illərdə "Neftçi"də, 2015-17-ci illərdə isə "Qarabağ"da köməkçi məşqçi kimi çalışıb.
- Bakıda “Formula 1” rekordu: XARİCİ QONAQLARIN SAYI 16 MİNİ KEÇDİ
- Baş Prokurorluqda İsgəndər Cavadovun 70 illik yubileyi qeyd olunub - FOTO
- Mahir Emreli azarkeşlərə səsləndi: “Gəlib bizi dəstəkləsinlər”
- “Qəbələ” iki yoxlama matçı keçirəcək - RƏSMİ
- Vüsal İsgəndərli: "Biz də istəyirik ki, qol vuraq, amma..."