“Qarabağ”ın Türkiyədəki rəqibləri bəlli olub - “NEFTÇİ” ilə qarşılaşacaq
03.01.2026 - 22:34
“Qarabağ”ın Türkiyədəki rəqibləri bəlli olub - “NEFTÇİ” ilə qarşılaşacaq

"Qarabağ"ın qış təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama görüşlərində qarşılaşacağı rəqibləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, hazırlıq prosesinin ikinci mərhələsinə Türkiyənin Antalya şəhərində start verəcək "köhlən atlar" ilk olaraq yoxlama oyununda, yanvarın 12-də Özbəkistanın "Neftçi" (Fərqanə) klubu ilə üz-üzə gələcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin növbəti sınağı Polşanın "Zaqlebie Lubin" kollektivinə qarşı olacaq.

Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 18:00 və 19:00-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” yeni ildə ilk rəsmi oyununa yanvarın 21-də çıxacaq. Komanda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşacaq.