"Qarabağ"ın yetirməsi I Liqa klubunda - RƏSMİ
02.02.2026 - 12:37
"Qarabağ"ın yetirməsi Nihad Əliyev komandasını dəyişib.
Apasport.az xəbər verir ki, o, I Liqa təmsilçisi "Difai"yə transfer olunub.
Bunu klubun mətbuat xidməti açıqlayıb. Müdafiəçi artıq kollektivə qoşulub.
Onun son klubu II Liqada mübarizə aparan "Quba" komandası olub.
Qeyd edək ki, Əliyev "Qarabağ"ın U-10 komandasından əvəzedicilərinə qədər bütün yaş qruplarında çıxış edib. O, Azərbaycanın U-16, U-17 və U-19 yığmalarında da forma geyinib.
- "Neftçi" 1030 gündən sonra ilki bacardı: KOMANDADA NƏTİCƏLƏR DÜZƏLİR...
- "Qarabağ" Rahim Sterlinqi transfer edir? - RƏSMİ AÇIQLAMA
- “Karvan-Yevlax”dan ayrıldı, Azərbaycanda qaldı - LEGİONERİN TALEYİ BƏLLİ OLDU
- Qurban Qurbanov: “Vacib qələbə qazandıq”
- Kurban Berdıyev: “VAR həmin epizodda ofsayd xəttini göstərmədi”
0
0